Ali təhsil ilə iş bazarı arasında uyğunsuzluq…TƏHSİL ESKPERTİNDƏN AÇIQLAMA
13 Dekabr 2025, 18:12
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
375
27.12.2024, 18:08
Qalıqlar və şahid ifadələri təyyarəyə kənar müdaxilə olduğunu deməyə əsas verir.
Oxu24.com xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev jurnalistlər açıqlamasında bildirib.
O xatırladıb ki, “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus “Embraer 190” təyyarəsinin qəzaya uğramasından dərhal sonra Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq müvafiq komissiya yaradıldı:
"Komissiya üzvləri hadisə yerində qəzanın təfərrüatları ilə yaxından tanış olmaq və zərərçəkmişlərin vəziyyətini yaxından öyrənmək üçün Aktau şəhərinə ezam olunaraq, hadisə yerinə baxış keçirib, Azərbaycan, həmçinin digər ölkələrin zərərçəkən vətəndaşları ilə görüşüblər".
Nazir bildirib ki, zərərçəkən sərnişinlər və sağ qalan təyyarə bələdçiləri Qroznı üzərində olarkən partlayış səsi eşitdiklərini söyləyiblər:
"Hətta təyyarə bələdçisinin birinin qolu yaralanıb. Həmçinin sosial şəbəkələrdən və mətbuatın yaydığı görüntüdən də görmək olur ki, bir xanım qolundan və ayağından xəsarət alıb. Bundan başqa, təyyarənin qanadında deşik izlərini görmək olar. Hava gəmisinin daxilində fyuzelyajda müxtəlif kəsici alətlərlərin zədələri var".
O, Rusiya vətəndaşları olan zərərçəkənlərin də Qroznı üzərində üç dəfə partlayış səsi eşitdiklərini bildirib:
"Onların dediyinə görə, partlayış səsləri kənardan gəlib, daha sonra təyyarəyə nəsə toxunub”.
Həmçinin oxuyun
R.Nəbiyev vurğulayıb ki, qəzanın ilk anından mətbuatda təyyarəyə quşların çırpıldığı yazılırdı:
"Amma mütəxəssislərin gəldiyi ilkin qənaət odur ki, yerdə olan təyyarə qalıqları və şahid ifadələri deməyə əsas verir ki, burada kənar müdaxilə olub. Ancaq kənar müdaxilənin hansı növ silahdan olduğunu istintaq müəyyənləşdirəcək".
Nazir həmçinin qeyd edib ki, təyyarənin uçma trayektoriyasına baxılsa, onun uçuş istiqamətini Mahaçqala üzərindən Aktauya doğru götürdüyü aydın olur:
"Artıq burada təyyarəyə enişə icazənin verilib-verilməməsi istintaqın nəticəsinə görə müəyyən olunacaq. Bundan başqa, pilotun qəza enişini hansı məqsədlə etdiyini də istintaq müəyyən edəcək. GPS-in söndürülməsi ilə bağlı məsələ isə dəlillər ortaya qoyulduqdan sonra aydın olacaq”.
R.Nəbiyev əlavə edib ki, istər yerli, istərsə də beynəlxalq mütəxəssislərin gəldiyi qənaət təyyarənin ekipajının qəhrəmanlıq göstərərək ən optimal eniş etməsidir:
"Bunun nəticəsində də təyyarədə olan insanların böyük əksəriyyəti xilas edilib. Azərbaycan öz hüququndan istifadə edərək beynəlxalq məsləhətçiləri də prosesə cəlb edib. Artıq onlarla təmaslarımız var”.
Nazir bildirib ki, “Embraer” şirkətinin iki mütəxəssisi hadisə yerindədir, araşdırma qrupuna cəlb edilib:
"Eyni zamanda Braziliyanın mütəxəssisləri də sabah hadisə yerində olacaqlar. Qazaxıstan rəsmilərinin verdiyi açıqlamaya baxsaq, təyyarədə oksigen balonunun partlaması iddiasının Rostovda olan dispetçer tərəfindən irəli sürüldüyünə istinad edirlər. Hesab edirik ki, ilk növbədə, bu məlumatın düzgünlüyünü yoxlamaq lazımdır. Bu, maraqlı tərəfdən verilən məlumatdır. Bunu təkzib edən faktlarla bağlı da qeyd etdim ki, partlayış səsləri kənardan gəlib”.
18:12 / 13 Dekabr 2025
25
18:02 / 13 Dekabr 2025
23
17:43 / 13 Dekabr 2025
537
17:09 / 13 Dekabr 2025
47
16:55 / 13 Dekabr 2025
209
15:58 / 13 Dekabr 2025
72
15:47 / 13 Dekabr 2025
65
15:39 / 13 Dekabr 2025
83
15:08 / 13 Dekabr 2025
2033
14:50 / 13 Dekabr 2025
78
14:38 / 13 Dekabr 2025
117
14:28 / 13 Dekabr 2025
107
14:22 / 13 Dekabr 2025
94
14:12 / 13 Dekabr 2025
302
13:14 / 13 Dekabr 2025
1641
13:07 / 13 Dekabr 2025
1177
12:58 / 13 Dekabr 2025
861
12:16 / 13 Dekabr 2025
1194
12:08 / 13 Dekabr 2025
137
11:44 / 13 Dekabr 2025
91
11:30 / 13 Dekabr 2025
113
11:09 / 13 Dekabr 2025
989
11:07 / 13 Dekabr 2025
453
10:25 / 13 Dekabr 2025
1199
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.